|
Effektli elan yerləşdirmənin yolları
Yerləşdirdiyiniz elanların uğurlu olması və hədəflədiyiniz kütlə tərəfindən daha
tez oxunması üçün aşağıdakı məsləhətləri nəzərə almağınızı məsləhət görürük.
Elan başlığı
Elan başlığının düzgün şəkildə daxil edilməsi elanın uğurlu olması üçün ən
başlıca amildir. Elan başlığı daxil edərkən elanınızın mövzusunu bir neçə kəlmə
ilə təsvir edə biləcək başlıq daxil etməyə çalışın. Çünki istifadəçilər axtarış
sistemi vasitəsilə elan axtardıqda elanlar ilk olaraq başlıqlarına görə
axtarılır. Məsələn, Bakıxanov qəsəbəsində 2 otaqlı mənzil satırsınızsa, "Təcili",
"Çox ucuz", "Satılır" kimi başlıqlar yazmaqdansa "Bakıxanov qəsəbəsində 2 otaqlı
mənzil" şəklində başlıq daxil etmək daha məqsədəuyğundur. Çünki statistik
göstəricilərimiz xəbər verir ki, istifadəçilər elan axtararkən "Çox ucuz", "Təcili"
kimi kəlmələrdən istifadə etmir və elanın mətnini daha aydın təsvir edən elan
başlıqlarına daha çox maraq göstərirlər.
Kateqoriya
Elan yerləşdirərkən elanınızı doğru kateqoriyada yerləşdirdiyinizdən əmin olun.
Çünki bəlkə də istifadəçilər tərəfindən çox maraq göstəriləcək bir elan yanlış
kateqoriyada yerləşdirilərsə tamamilə diqqətdən kənarda qalır.
Şəkil
Statistik göstəricilərə görə şəkilli elanlar şəkilsizlərə nisbətən daha çox
diqqətə alınır. Elanınıza şəkil yerləşdirməklə elanınızın oxunma şansını bir
neçə dəfə artırmış olursunuz. Lakin şəkil yerləşdirərkən satdığınız malın və ya
göstərdiyiniz xidmətlə əlaqəli şəkil yerləşdirdiyinizdən əmin olun. Əks halda
elanınızın ciddiyyətinə zərər vermiş olarsınız.
Yazı qrammatikası
Elan daxil edərkən mətnin qrammatik cəhətdən səlist olduğuna xüsusilə diqqət
etməlisiniz. Qrammatik səhvlərlə zəngin olan elanlar real müştərilər tərəfindən
ciddiyə alınmamaqdadır. Məsələn, CV-lər bölməsində iş axtaran kəsin CV başlığı "iw
axtariram" şəklində daxil edilibsə, o kəsin işlə təmin olunma şansı CV-sini daha
səlist şəkildə tərtib edən istifadəçidən dəfələrcə azdır.
Up | Down | Top | Bottom
|
|
Elanlar, Elanlar sayti, Elanlar saytı, Alqı satqı, Evlər, Evler, Kirayə, Arenda, Daşınmaz əmlak, Avtomobil, Mebel, Kitab, Xidmətlər, Aksesuarlar, Geyimler, Geyimlər, Qadın və kişi geyimləri, Uşaq malları, Oyuncaqlar, Beşiklər, Xəstəxanalar, Həkim ləvazimatları, Sağlamlıq, Kompüter, Kompyuter, Oyunlar, iş elanları, yeni vakansiyalar, iş axtarıram, iş təklif olunur, xidmətlər
Ish elanlari
Iw elanlari
Ish axtariram
Iw axtariram
kiraye ev
gunluk kiraye evler
yeni iş elanları
iş axtaranlar
Up | Down | Top | Bottom
|
|
Pulsuz elan yerləşdirməzdən əvvəl istifadə şərtləri ilə tanış olun
Xahiş edirik pulsuz elan yerləşdirmək üçün qeydiyyatdan keçəsiniz və ya sayta istifadəçi adınızla daxil olasınız!
|
|